Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır | 1news.az | Xəbərlər
Dünya

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

14:50 - 03 / 09 / 2016
Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Dünyanın müxtəlif ölkələrindən olan astronomlar Yer kürəsinə təhlükəli asteroidin yaxınlaşdığını bəyan edirlər.

1news.az “Planet–today” saytına istinadla xəbər verir ki, astronomlar bu asteroidin 2013-cü ildə Rusiyanın Çelyabinsk vilayətinə düşən meteoritdən daha da təhlükəli olduğunu deyirlər.

Diametri 50 metrdən böyük olduğu təxmin edilən asteroidin Yer kürəsinə yaxınlaşması sentyabrın 4-nə təsadüf edəcəyi bildirilir.

Qeyd edək ki, Çelyabinsk vilayətinə düşən meteorit minlərlə obyektin pəncərələrini qırıb burada yaşayan insanları qorxuya salmışdı.

1news.az

Paylaş:
865

Son xəbərlər

Bütün xəbərlər