Azərbaycan müsəlman turistlərin ən çox səfər etdiyi istiqamətlərdəndir – CƏDVƏL | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan müsəlman turistlərin ən çox səfər etdiyi istiqamətlərdəndir – CƏDVƏL

14:11 - 06 / 09 / 2016
Azərbaycan müsəlman turistlərin ən çox səfər etdiyi istiqamətlərdəndir – CƏDVƏL

“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran Müsəlmanların Qlobal Səyahət İndeksi (GMTI) 2016 hesabatını dərc edib.

1news.az-ın verdiyi xəbərə görə, hesabata əsasən, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıblar. 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb.

Ötən ilin hesabatı ilə müqayisədə BƏƏ bir pillə irəliləyərək İƏT istiqamətləri siyahısında ikinci yerə sahib çıxıb. Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının digər üzvləri olan Qatar, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn də ilk onluqda yer alıblar. Siyahıda liderliyi Malayziya qoruyub saxlayıb.

İƏT-ə üzv olmayan ölkələrdən isə Sinqapur birinci olub. Növbəti sıralarda Tailand, Böyük Britaniya, CAR və Honkonq qərarlaşıb.

Bununla yanaşı, araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə qlobal olaraq orta hesabla 117 mln. müsəlman turist qeydə alınıb ki, bu da ümumilikdə turizm bazarının 10%-ni təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 mln. nəfərə və ya ümumi turist axınının 11%-nə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 mlrd. ABŞ dollarını üstələyəcəyi proqnozlaşdırılır.

Asiya və Avropa ölkələri ümumilikdə müsəlman turist axınının 87%-ni qəbul etməklə müsəlman turistləri cəlb edən əsas iki region olub.

Sürətlə inkişaf edən bu sektor üzrə ən geniş araşdırmanın nəticələrinə əsasən, təqdim olunmuş hesabatda Orta Şərq və Afrika regionundan 8 ölkə müsəlman turistləri üçün ən yaxşı səyahət istiqamətlərinin ilk onluğunda yer alıb.

“Orta Şərq və Afrika regionundan olan 8 ölkənin “MasterCard” və “CrescentRating”in təqdim etdiyi Müsəlmanların Qlobal Səyahət İndeksi 2016 hesabatında yüksək sıralarda yer alması bizi sevindirir. Bu göstəricilər regionun inkişafı və sürətlə böyüməkdə olan müsəlman turist bazarının tələblərinə köklənməsini vurğulayır. Bu da məqsədəuyğun bir addımdır, belə ki, məhz müsəlman turist sektoru uzunmüddətli dayanıqlı iqtisadi inkişafın aparıcı qüvvələrindən birinə çevrilməkdədir”, - deyə “Mastercard”ın Orta Şərq və Afrika regionu üzrə prezidenti Raqu Malhotra (Raghu Malhotra) bildirib.

Qeyd edək ki, GMTI 130 turizm istiqamətini dünyanın ən sürətlə inkişaf edən turizm sektoru üzrə müfəssəl təhlilini həyata keçirən və bu sahədə dolğun məlumat təqdim edən bir araşdırmadır. Bu indeks turizm məkanlarına, səyahət xidmətlərinə və investorlara müsəlman turizm sektorunun inkişafı və dəyişikliklərini izləməyə imkan verən bir göstəricidir.

130 turizm istiqamətinin hər biri GMTI-də ailəvi istirahətin uyğunluğu, xidmət səviyyəsi, təklif olunan imkanlar və seçimlər, marketinq təşəbbüsləri və turist axını kimi meyarlara əsasən qiymətləndirilir. Bu ildən etibarən daha iki meyar – hava nəqliyyatı və vizanın alınması ilə bağlı əməliyyatlar da nəzərdən keçirilir. Bu keyfiyyətlər ümumilikdə qiymətləndirilərək hər bir təyinat nöqtəsi üçün vahid indeks tərtib olunur.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz:

1news.az

Paylaş:
871

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər