Boşanmaq istəmədi, özünü partlatdı | 1news.az | Xəbərlər
Dünya

Boşanmaq istəmədi, özünü partlatdı

11:35 - 06 / 09 / 2016
Boşanmaq istəmədi, özünü partlatdı

Çinin Heylunszyan vilayətinin sakini arvadı ilə boşanma prosesindəki mübahisə səbəbindən yerli məhkəmə binasının qarşısında özünü partladıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün Szisi şəhərində qeydə alınıb.

Kişi məhkəmədə boşanma prosesində həyat yoldaşı ilə mübahisə edib.

Bazar ertəsi səhər isə Didao rayon məhkəməsi binasının qarşısına gələrək, arvadı binadan çıxan zaman əlindəki kiçik partlayıcı qurğunu işə salıb. O, hadisə yerində ölüb, arvadı və yoldan keçən bir nəfər xəsarət alıb.

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər