Ən yaxşı prezident sürücüsü qəzada öldü – VİDEO
Sentyabrın 2-də Moskvadak Kutuzov prospektində baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
1news.az-ın mk.ru saytına istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin işlər idarəsinə məxsus olan “BMW” markalı avtomobil yolun sol zolağı ilə şəhərin mərkəzinə doğru hərəkətdə olan zaman qarşıdan gələn “Mercedes” markalı maşınla toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes”in sürücüsü qəfil istiqamətini dəyişib və nəticədə ağır qəza baş verib.
Qəza nəticəsində hər iki maşının qabaq hissəsi əzilib, ön şüşələri sınıb. “BMW”-nin sürücüsü yerindəcə keçinib, “Mercedes” maşınının sürücüsününü vəziyyəti isə ağırdır.
Prezidentin işlər idarəsinin əməkdaşı Yelena Krılova bildirib ki, qəzada həlak olan “BMW”-nin sürücüsü 40 illik iş təcrübəsinə malik olub və ən məsul tapşırıqları yerinə yetirib.
1news.az