Ankara “Türk axını”-nın tikintisinə icazə verdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ankara “Türk axını”-nın tikintisinə icazə verdi

10:26 - 08 / 09 / 2016
Ankara “Türk axını”-nın tikintisinə icazə verdi

Rusiyanın “Qazprom” şirkəti diplomatik kanallar vasitəsi ilə rəsmi Ankaranın “Türk axını”-nın həyata keçirilməsi ilə bağlı ilkin icazəsini alıb.

1news.az-ın Daily Sabah-a istinadən verdiyi məlumata əsasən, şirkətin idarə heyətinin sədri Aleksey Miller və Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak ötən həftə layihənin həyata keçirilməsi ilə bağlı zəruri hazırlıq proseslərinin tez bir zamanda sonlandırılması barədə razılaşıblar.

Millerin sözlərinə görə, icazənin verilməsi şirkət üçün müsbət xəbərdir.

“Türkiyənin bu addımı ölkə hakimiyyətinin “Türk axını” layihəsində nə qədər maraqlı olduğunun göstəricisidir”, - deyə Miller əlavə edib.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər