Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb

10:57 - 08 / 09 / 2016
Mərkəzi Bank bu günə olan valyuta məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

1news.az-ın Banka istinadən verdiyi xəbərə görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 7-si ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub.

Avrozonanın vahid valyutası olan Avro isə manata nisbətən 0,02% zəifləyərək 1,8454 manat olub.

Ucuzlaşma ingilis funt sterlinqində də qeydə alınıb. Belə ki, 1 ingilis funt sterlinqi 2,1896 manatdır. Beləliklə, funt sterlinq 0,47%-lik ucuzlaşma nümayiş etdirib.


Avro və funt sterlinqdən fərqli olaraq Rusiyanın milli valyutası 0,39% bahalaşaraq 0,0256 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,43% azalaraq 0,5589 manat təşkil edib.

Gürcüstan larisinin məzənnəsi 0,22% azalaraq 0,7116 manat təşkil edib.

1news.az

 

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər