Türkiyədə də saatlar geri çəkilməyəcək | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə də saatlar geri çəkilməyəcək

23:17 - 08 / 09 / 2016
Türkiyədə də saatlar geri çəkilməyəcək

Türkiyədə qış vaxtı ləğv edilib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, Nazirlər Kabinetinin bu barədə qərarı “Resmi Gazete”də yayılıb.

Qərara əsasən, bu il oktyabrın sonuncu bazar günü ölkədə saatlar 1 saat geri çəkilməyəcək.

27 Mart  2016-cı il tarixdə qəbul edilən yay vaxtı bütün il boyu davam edəcək. Qərara əsasən, ölkədə bundan sonra saatlar dəyişməyəcək.

Qeyd edək ki, Azərbaycanda ötən ildən saatların dəyişdirilməməsi barədə qərar qəbul edilib.

1news.az

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər