iPhone 7-də Apple hansı yeniliklərə imza atdı – FOTO
Sentyabrın 7-si Apple korporasiyası yeni iPhone 7 və iPhone 7 Plus smartfonlarının, həmçinin Apple Watch Series 2 smart-saatların yenilənmiş versiyasının və iCloud vasitəsi ilə şirkətin bütün avadanlıqları ilə işləyə bilən AirPods telsiz qulaqlıqların təqdimatını keçirib.
“Alma” şirkətinin yeni qadcetləri haqda daha ətraflı məlumat:
Şaiyələr doğrulandı: hələ iPhone 7 Plus-un başlanğıc çarxı istifadəçiləri ikili kameranın olması ilə heyrətləndirib.
Apple tərəfindən hazırlanan smartfon korpusları əlavə tərifə layiqdir. İndi alüminiumu şüşədən seçmək olmur, istifadəçilər isə iki yeni rəng – qara və oniks qara rənglərini seçə bilərlər.
Home düyməsi də ciddi dəyişikliklərə məruz qalıb. İndi o sızılma gücünü seçə bilir və ona Taptic Engine taktil mexanizmi quraşdırlıb.
iPhone 7 Plus-un ikili 12-meqapiksellik kamerası onqat böyütmə gücünə malikdir və portretlərin çəkilişi üçün xüsusi rejimi var.
iPhone 7 Plus-un kamerası 12-meqapiskellik sensora və görüntünün optik sabitləşdirməsinə malikdir. Şəkillər, ən optimal işıqlığı və rəngliliyi seçə bilən, yeni iP7 çipi vasitəsi ilə təhlil ediləcək.
Yeni iPhone-larda qulaqlıqlar üçün yer quraşdırılmayıb, çünki bundan sonra istifadəçilər iCloud vasitəsi ilə Apple şirkətinin bütün qacetləri ilə işləyən, telsiz Air Pods qulaqlıqlarını istifadə edə biləcəklər.
Air Pods-ları səsli köməkçi Siri-nin vasitəsi ilə idarə etmək olar. Avadanlıq həmçinin danışıqlar üçün mikrofon funkisyasını dəstəkləyir.
Air Pods, onların enerji ilə təmin olunmasına qulluq edən, keyslərlər birgə satılacaq. Qulaqlqların özləri 5 saat ərzində dayanmadan işləmək qüvvəsinə malikdirlər.
Smartfona adi qulaqlıqları, avadanlıqla birgə təqdim edilən keçirici vasitəsi ilə qoşmaq olar.
Apple Watch Series 2-nin əsas yeniliyi isə - su keçirməməsidir. Şirkətin mühəndisləri korpusun hermetikliyini təmin etmək üçün ciddi iş görüblər, çünki saatın içində çoxlu sayda həssas detal var.
Şirkət ümid edir ki, bu aksessuarı həmçinin üzgüçülər də almağa başlayacaq. Bunun üçün, sınaqlar zamanı saatı sutkalarla suyun içində saxlayırdırlar. Yeri gəlmişkən, yenilənmiş mikrofon içinə düşən suyu özü bayıra qaytarır.
Saatların yeni kəmərlərini elit brend olan Hermes şirkəti hazırlayıb.
Yeni Apple Watch-larda fitness və sağlamlıqla bağlı bir çox faydalı əlavələr var. Həmçinin onların vasitəsi ilə indi hətta Pokemon GO oyununu oynamaq olar.Saatların korpusu bundan sonra nəinki alüminiumdan və poladdan, həm də keramikadan hazırlanır.
Apple Watch Series 2 ikinüvəli prosessorla (S2), qrafik çiplə, iki dəfə daha işıqlı displey və quraşdırılmış GPS modul ilə təmin edilib.
Mötəşəm bonus isə ondan ibarətdir ki, AppStore-də artıq əfsanəvi Nintendo oyunlarını, həmçinin məşhur Mario-nu əldə etmək olar.
Mövzu ilə əlaqədar oxuyun:
“iPhone 7”nin təqdimat tarixi açıqlandı
Dünyanın gözü ABŞ-da: “iPhone” rəsmən təqdim olunur
1news.az