Ermənistanın baş naziri istefa verdi – YENİLƏNİB
Ermənistanın baş naziri Ovik Abraamyan istefa verib, bu haqda İnterfaks xəbər yayıb.
“Mən istefa verirəm. Yeni yanaşma və yeni başlanğıclarımız olmalıdır. Gələcəyi düşünməliyik və yeni hökumət təsis etməliyik”, - bu haqda Nazirlər Kabinetinin üzvləri ilə iclasda bildirib.
Hazırda yeni nazirin kim olacağı barədə məlumatlar yoxdur.
12.00
Ermənistanın baş naziri Ovik Abraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib, bu barədə İnterfaks-a respublikanın siyasi dairələrindəki mənbə məlumat verib.
“Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Ovik Abraamyanın istefası barədə sabah elan ediləcək. Yeni baş nazir Karen Karapetyan (İrəvanın sabiq meri) təyin olunacaq”, - agentliyin həmsöhbəti belə deyib.
Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir.
“Çox güman ki, bu vəzifəyə Ermənistanın prezident aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, - deyə o bildirib.
Mənbənin sözlərinə görə, Abraamyan Ermənistanın Respublika Partiyasının 2017-ci ildə parlament seçkilərinə rəhbərlik edəcəkdi.
1news.az