Mogerini: “Aİ ölkələri PKK-nı terrorçu təşkilat sayır”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkədə səfərdə olan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini ilə görüş keçirib.
1news.az-ın verdiyi məlumata əsasən, tədbir çərçivəsində Mogerini Türkiyənin aparıcı partiyaları ilə görüşəcəyini deyib.
“Aİ ilə Türkiyə arasında ikitərəfli danışıqlar davam edir. Bizim birgə çağırışlarımız və maraqlarımız var. Biz bir sıra məsələləri, həmçinin Türkiyə ilə vizaların liberallaşması prosesini də müzakirə edəcəyik. Avropa İttifaqı ölkələri PKK-nı terrorçu təşkilatı sayır və onlara qarşı Aİ ərazisində müəyyən əməliyyatlar keçirilib. Biz həmçinin Suriyadakı vəziyyəti də müzakirə edəcəyik. Bu istiqamətdə nazir Çavuşoğlu ilə müzakirələrimiz olacaq”, - deyə Mogerini əlavə edib.
1news.az