Çində hava tramvayı üçün ilk vaqonlar hazırdır
Çinin Nankin şəhərində hava tramvayı xəttinin ilk vaqonları artıq istehsal olunub.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Nanjing Puzhen Company Limited şirkəti vaqonların dizaynının hazırlanması və onların istehsalı üçün sadəcə 4 ay sərf edib.
Beləliklə, Çin Almaniya və Yaponiyadan sonra bu nəqliyyat vasitəsi üçün vaqon istehsal edən 3-cü ölkə oldu.
Mütəxəssislərin sözlərinə görə, hava tramvayı xətlərinin tikintisi metropoliten xətlərinin tikintisindən daha sürətli keçir.
Çinin artıq gələn il ilk hava tramvayı xətti tikəcəyi gözlənilir.
Qeyd edək ki, hava tramvayı funikulyora bənzər relsli nəqliyyatdır.
1news.az
776