Klinton xəstəliyi səbəbindən kampaniyasını təxirə salıb
Demokratik partiyadan ABŞ prezidentliyinə namizəd Hillari Klinton Kaliforniyada keçirilməsi planlaşdırılan seçki öncəsi turu təxirə salıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Klinton ona pnevmoniya diaqnozu qoyulduğunu etiraf etməli olub.
Öncə kampaniyanın təşkilatçıları Klintonun günvurmadan vəziyyətinin pisləşdiyini iddia edirdilər.
Respublikaçı tənqidçilər H.Klintonun pis fiziki formada olduğunu və prezidentlik çağırışlarına cavab vermədiyini bildirirdilər.
Hal-hazırda Klintonun bütün səfərlərinin siyahısı sual altında qalır.
Namizəd qoyulan diaqnozdan sonra istirahət etmək məcburiyyətind qalıb.
1news.az
1339