Ermənistan parlamentinin qarşısında aksiya keçirilir – FOTO | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamentinin qarşısında aksiya keçirilir – FOTO

16:22 - 13 / 09 / 2016
Ermənistan parlamentinin qarşısında aksiya keçirilir – FOTO

İyul ayında İrəvanda polis alayının binasını zəbt etmiş və sonradan təslim olmuş silahlı dəstənin üzvlərinin doğmaları və tərəfdarları bu gün, sentyabrın 13-də parlament binasının qarşısına toplaşaraq deputatlardan “Sasna Tsrer”lə bağlı hansı addımların atılacağını dəqiqləşdirmək istəyiblər.

Etirazçılar binaya daxil olan bütün deputatlara yaxınlaşıblar, lakin heç kim onları dinləmək istəməyib. Deputatlar bunu işə tələsmələri ilə izah ediblər.

“Biz deputatların “Sasna Tsrer”in üzvləri və siyasi məhbuslarla bağlı hansı addımları atacaqlarını anlamaq istəyirik. Lakin Ovanes Markaryandan savayı heç bir deputat bizi dinləmək istəmədi”, - mitinq iştirakçıları deyiblər.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb.

Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.

İki həftə ərzində “Sasna Tsrer” qrupu yeddi polis əməkdaşını, eləcə də təcili yardım xidmətinin 4 tibb işçisini girov götürmüşdü. İki tibb içsini iyulun 31-də azad olunmuşdu.

Mövzu ilə əlaqədar oxuyun:

İrəvanda silahlı qrupun rəhbəri həbs edilib

İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO

İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir

İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb

NEWS.am

Paylaş:
788

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər