Aclıq aksiyası keçirən partiya üzvü ölüb | 1news.az | Xəbərlər
Dünya

Aclıq aksiyası keçirən partiya üzvü ölüb

19:11 - 13 / 09 / 2016
Aclıq aksiyası keçirən partiya üzvü ölüb

Gürcüstanda partiya üzvü aclıqdan ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) Bizim Gürcüstan Partiyasının qeydiyyatını ləğv edib.

Partiya üzvlərindən Zaza Lazarov partiyanın qeydə alınmamasına etiraz əlaməti olaraq, aclıq aksiyasına başlayıb.

Partiya üzvlərinin verdiyi xəbərə görə, Z. Lazarov aksiyanın ikinci günündə qəfildən ölüb. Onun ölüm səbəbləri araşdırılır.

Hazırda Bizim Gürcüstan və Sənayeçilər partiyalarının nümayəndələri MSK-nın qarşısında toplaşaraq, hər iki qurumun qeydiyyatının bərpasını tələb edirlər.

1news.az

Paylaş:
975

Son xəbərlər

Bütün xəbərlər