Türkiyə ABŞ-dan Gülənin həbsini rəsmi tələb etdi | 1news.az | Xəbərlər
Dünya

Türkiyə ABŞ-dan Gülənin həbsini rəsmi tələb etdi

12:55 - 13 / 09 / 2016
Türkiyə ABŞ-dan Gülənin həbsini rəsmi tələb etdi

Türkiyənin Ədliyyə Nazirliyi Fəthullah Gülənin həbs edilməsi tələbi ilə ABŞ-a rəsmi müraciət edib.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşdə Amerikanın F.Güləni ekstradisiyaya qədər saxlamalı olduğunu bəyan etmişdi. İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb.

Xatırladaq ki, F.Gülən iyul ayında Tükiyədə hərbi çevrilişdə cəhddə ittiham olunur.

Anadolu

 

Paylaş:
1543

Son xəbərlər

Bütün xəbərlər