İsrailin sabiq prezidenti komadadır | 1news.az | Xəbərlər
Dünya

İsrailin sabiq prezidenti komadadır

16:05 - 14 / 09 / 2016
İsrailin sabiq prezidenti komadadır

Dünən insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən İsrailin sabiq prezidenti Şimon Peres süni koma vəziyyətinə salınıb.

1news.az-ın Reuters-ə istinadən verdiyi məlumata əsasən, həkimlər müalicə prosesini rahatlaşdırmaq üçün onu komaya salıb və süni ağ ciyər ventilyasiyası sisteminə qoşublar.

Bundan əlavə, həkimlər Ş.Peresin beyninin maqnit-rezonans müayinəsini aparacaqlar.

Qeyd edək ki, Şimon Peres sentyabrın 13-də xəstəxanaya qaldırılıb.

O zaman, o özündə idi və vəziyyəti stabil kimi qiymətləndirilirdi.

1news.az

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər