H.Əliyev adına NEZ-də neft məhsullarının istehsalına başlanılıb
Hеydər Əliyеv аdınа Neft Еmalı Zavodunda neft məhsullarının istehsalına başlanılıb.
1news.az-ın məlumatına görə, zavodun 55 nömrəli каtаlitiк krеkinq, 21 nömrəli ilкin еmаl, 43 nömrəli kokslaşdırma və 31 nömrəli katalitik riforminq qurğulаrındа avqust ayının əvvəllərindən aparılan irimiqyаslı təmir işləri uğurla başa çatdırılaraq istismara verilib.
SOCAR-ın “Neftqaztikinti” Trestinin əməkdaşları, eləcə də NEZ-in təmir-quraşdırma briqadaları tərəfindən eyni vaxtda görülən təmir işləri vахtındа və keyfiyyətlə başa çatdırılıb.
21 nömrəli ilkin emal qurğusunda aparılan əsaslı təmir işləri zamanı S-1/1 sobalarında ilanvari borudakı əyrilər və bəzi digər borular, həmçinin qurğunun İD-4/2 istidəyişdiricilərinin boru dəstləri, N-3/1 nasosu mühərriklə birgə dəyişdirilib, torkret beton örtüklər bərpa olunub, vakuum kolonun içərisindəki qüsurlar aradan qaldırılıb.
55 nömrəli каtаlitiк krеkinq və 21 nömrəli ilkin еmаl qurğularının kolon və tutumlarında Fransanın BUREAU-VERİTAS firması tərəfindən test işləri aparılıb. Məqsəd məhsuldarlığın artırılması, keyfiyyətin yüksəldilməsi, aparatların davamlılıq dərəcəsinin və etibarlılığının yoxlanılması olub.
55 nömrəli katalitik krekinq qurğusunda və onun 100-cü bölməsində aparılan təmir işləri zamanı R-202 regeneratorunda iki cüt siklon qrupunun köhnələri demontaj olunub, yeniləri isə montaj edilib. R-202 regeneratorunun havapaylayıcı kollektorlarında paylayıcı qollar yeniləri ilə əvəzlənib. Nəqliyyat xətlərindəki 2-104 və 2-181 tənzimləyici qurğular, K-201 retifikasiya kolonunun boşqabları əsaslı təmir edilib. Reaktorların paylayıcı şəbəkələri (boşqablar) “AXENS” şirkətinin ”EQUİFLOW TRAY” xüsusi tipli paylayıcı şəbəkələri ilə əvəzlənib. Bu şirkətin təklif etdiyi yeni katalizator yüklənib ki, nəticədə bölmədə istehsal olunan dizel yanacağının keyfiyyət göstəricilərinin yüksəlməsinə nail olunacaq.
31 nömrəli Katalitik riforminq qurğusunda böyük əhəmiyyət kəsb edən DR-111 reaktoru 28 yeni kobalt-molibden katalizatoru ilə təmin edilib, reaktorun 56 ədəd səbəti təmizlənib, qurğunun sobalarında, istidəyişdiricilərində zəruri tədbirlər görülüb.
Hazırda katalitik riforminq qurğusunda avtomatik idarəetmə sisteminin tətbiqi, eləcə də nəzarət-ölçü cihazlarının (NÖC) yeni quraşdırılmış monitora qoşulması ilə bağlı işlər davam etdirilir. Bütün bunlardan başqa, 43 nömrəli kokslaşdırma qurğusunun sobasında, reaktorlarında, məşəl təsərrüfatında və digər sahələrdə əsaslı təmir işləri aparılmış, qurğu istismara buraxılıb.
Zavodun texnoloji qurğuları əsaslı təmirdən sonra tənzimləmə və hidravlik sınaqdan keçirilərək uğurla istismara verilib, neft məhsullarının istehsalına başlanılıb.
1news.az