Fransada əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı aksiya keçirilib | 1news.az | Xəbərlər
Dünya

Fransada əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı aksiya keçirilib

22:00 - 15 / 09 / 2016
Fransada əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı aksiya keçirilib

Parisdə əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı çıxış edən etirazçılar  və polis əməkdaşları arasında qarşıdurma olub.

Qarşıdurma nəticəsində beşi polis olmaqla, altı nəfər xəsarət alıb. Polislərdən biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qarşıdurma zamanı 12 nəfər saxlanılıb.      

Etiraz aksiyasında 40 minədək insan iştirak edib. Asayişin qorunmasına 1200 polis əməkdaşı cəlb olunub. 

Euronews

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər