SOCAR və “Petronas” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR və Malayziyanın “PETRONAS (E&P) OVERSEAS VENTURES SDN. BHD” (“Petronas”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.
1news.az xəəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, memorandumun şərtlərinə əsasən şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.
1news.az
800