Bank Respublika nizamnamə kapitalını artırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika nizamnamə kapitalını artırdı

16:43 - 19 / 09 / 2016
Bank Respublika nizamnamə kapitalını artırdı

15 iyul 2016-cı il tarixində Bank Respublika ASC-nin Baş ofisində səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalının 20 mln. manat artırılmasına dair qərar qəbul olunub.

Bu qərar əsasında 15 sentyabr tarixində səhmlərin alınması məqsədi ilə bankın mövcud səhmdarları tərəfindən Milli Depozit Mərkəzinə 20 mln. manat köçürülüb.

Bu artım, nizamnamə kapitalının 53% təşkil edib və 57.5 mln. manata çatdırılıb.

Kapital artımı bankın inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib və bankın dayanıqlı inkişafını təmin edib, əməliyyat və kreditləşdirmə imkanlarını genişləndircək.

Kapitalın gücləndirilməsi həmçinin əsas inkişaf sahələrindən biri olan korporativ bankçılıq sahəsində daha da geniş işin aparılmasına imkan yaradacaq.

Artıq elektron bankçılıq kanalları, kart məhsulları və digər bank xidmətlərdə öz əksini tapmış prioritet istiqamətlərindən olan innovasiyalar da bu addımdan sonra daha böyük tədbiq imkanları alacaqlar.

Qeyd edək ki, Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamış və artıq 24 ildir ki öz müştərilər üçün faydalı olmaq prinsipi ilə fəaliyyət göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın 2 maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

 

Paylaş:
686

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər