“Whatsapp”ın bu yeniliyi sizi bezdirə bilər
“WhatsApp” bir müddət əvvəl təqdim etdiyi qrup içində etiketlənmə xüsusiyyətini inkişaf etdirib. Amma bu bir çoxlarının ürəyincə olmaya bilər.
Axşam.az Technote-yə istinadən xəbər verir ki, bu xüsusi funksiya ilə siz başqasına mesaj yazmaq istədikdə ona “şəxsi” deyil, qrup içindən də “@” işarəsi qoyub, şəxsi seçərək yaza bilirdiniz.
İndi isə “WhatsApp” bu funksiyanı dəyişərək etiketlənən şəxsə istəyindən asılı olmayaraq bildiriş göndərəcək. Məsələn, siz hər hansı qrupda yer alırsınız və həmin gün aparılan müzakirələr sizin xoşunuza gəlmir. Bunun üçün qrupu səssiz rejimə keçirib və bildirişləri göstər seçimini etmirsiniz. Amma qrupda sizin cavab verməli olduğunuz müzakirə gedir və siz hər şeydən xəbərsizsiniz. Buna görə də bu yenilik tam sizin üçündür.
Beləliklə, dostunuz, tanışınız sizi etiketləyir və sizin qrup bildirişləriniz qapalı olsa belə, xüsusilə bir bildiriş gələcək və mövzuya daxil ola biləcəksiniz. Təbii ki, bu vəziyyət mütamadi etiketlənmə ilə mənfi nəticələrə də səbəb ola bilər. Amma bir çox hallarda müsbət hal sayıla bilər.
1news.az