“Petkim”də FETÖ ilə bağlı axtarışlar aparılır – FOTO
İzmirin hüquq-mühafizə orqanları “Petkim Petrokimya Holding A. Ş.”-də növbəti dəfə əməliyyat keçirir.
Əməliyyat çərçivəsində 25 nəfər həbs edilib. Bunlar arasında daha əvvəl şirkətdən uzaqlaşdırılan 13 nəfər də var. Araşdırma zamanı FETÖ və Fətullah Gülənə aid olan kitablar, eləcə də rəqəmsal materiallar aşkar edilib.
Türkiyə polisi "Petkim"ə aid 4 ayrı ünvanda əməliyyat aparıb. Əməliyyatlar davam edir. Saxlanılanlar barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl də Türkiyə polisi 2 dəfə "Petkim"də axtarış aparıb. Axtarışlar nəticəsində 31 nəfər saxlanılsa da, sonradan onlardan 6-sı sərbəst buraxılıb. Həbs olunanlar arasında "Petkim" baş direktoru Sadettin Korkut və rəhbərlikdə təmsil olunan 13 şəxs olub.
İzmir polisi “Petkim”də yoxlamalara başladı
SOCAR “Petkim”-in sabiq rəhbərinin tutulma xəbərinə aydınlıq gətirib - YENİLƏNİB