Bakıda Birgə İnvestisiya üzrə Dəyirmi Masanın iclası keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Birgə İnvestisiya üzrə Dəyirmi Masanın iclası keçirilir

10:42 - 21 / 09 / 2016
Bakıda Birgə İnvestisiya üzrə Dəyirmi Masanın iclası keçirilir

2016-cı ilin 20-21 sentyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirilir.

Fonddan 1news.az-a verilən məlumata görə, aparıcı suveren və pensiya fondlarının, eləcə də investisiya idarəetmə şirkətlərinin təmsilçiləri Bakıda toplanaraq maliyyə bazarlarında mövcud qlobal imkanları və çağırışları, eləcə də investorlar arasında əməkdaşlığı inkişaf etdirmək yollarını müzakirə edirlər.

Tədbirdə müxtəlif ölkələrdən 60 təşkilatı təmsil edən 100-dək nümayəndə iştirak edir. İştirakçılar arasında dövlət maliyyə qurumları – “CDC  International Capital” (Fransa), Dubay İnvestisiya Korporasiyası (Birləşmiş Ərəb Əmirlikləri), Dövlət İnvetisiya Fondu (Səudiyyə Ərəbistanı), Hindistan Milli İnvestisiya və İnfrastruktur Fondu, Hollandiya Pensiya Fondu (APG), İpək Yolu Fondu (Çin), İthmar Kapital (əvvəlki Mərakeş Turizm İnkişaf Fondu), Koreya İdxal-İxrac Bankı, Koreya İnvestisiya Korporasiyası, Qətər İnvestisiya Qurumu, Qazaxıstan Milli Bankının Milli İnvestisiya Korporasiyası, Nigeriya Suveren İnvestisiya Fondu, Rusiya Birbaşa İnvestisiya Fondu, Rusiya-Çin İnvestisiya Fondu, “Samruk-Kazyna” (Qazaxıstan), beynəlxalq maliyyə qurumları – Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, dünyanın qabaqcıl özəl maliyyə qurumları – “Carlyle Group” (ABŞ), “Citigroup” (ABŞ), Keppel Korporasiyası (Sinqapur), Neuberger Berman (ABŞ) və “Partners Group”un (ABŞ) nümayəndələri iştirak edirlər.

Koreya İnvestisiya Korporasiyası tərəfindən 2014-cü ildə yaradılmış CROSAPF müxtəlif ölkələrdən olan investorlar, vəsaitləri idarə edən şirkətlər və beynəlxalq maliyyə institutları arasında birgə investisiya və əməkdaşlığı  nəzərdə tutan platformadır. 2016-cı il Sammitində  makroiqtisadi və siyasi mühit, birgə investisiyalar sahəsində əməkdaşlıq, inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında investisiya imkanları, həmçinin “Bir kəmər, Bir yol” layihəsinin maliyyələşdirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

2017 və 2018-ci il CROSAPF-ın illik sammitləri müvafiq olaraq Dubay İnvestiya Korporasiyasının təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və İthmar Kapitalın təşkilatçılığı ilə Mərakeş Krallığının Mərakeş şəhərində keçiriləcək.

1news.az

Paylaş:
4726

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər