DESFA-nın rəhbəri istefa verib
DESFA-nın baş direktoru Konstantinos Hifaras Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletisin mövqeyini dəstəkləmədiyi üçün istefa verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan mətbuatı yazır.
Bildirilir ki, P. Skurletisin təşəbbüsü ilə qanunvericiliyə edilən dəyişiklikdən sonra DESFA-nın aktivlərinin həcmi 200 mln. avroyadək azalıb və bu, özəlləşdirmə prosesində iştirak edən SOCAR-ın narazılığına səbəb olub. Narazı olanlardan biri də K. Hifaras idi. Məhz bu səbəbdən K. Hifarasın istefa verdiyi bildirilir.
Bununla yanaşı, yunan KİV-i yazır ki, K. Hifarası DESFA-nın prezidenti Sotiris Nikas əvəzləyəcək. Maraqlıdır ki, S. Nikas məhz ətraf mühit və energetika nazirinin dəstəyi ilə DESFA-da yüksək vəzifəyə nail olub.
1news.az