İŞİD amerikalılara qarşı kimyəvi silah istifadə edib | 1news.az | Xəbərlər
Dünya

İŞİD amerikalılara qarşı kimyəvi silah istifadə edib

19:38 - 22 / 09 / 2016
İŞİD amerikalılara qarşı kimyəvi silah istifadə edib

İraqda yerləşən ABŞ hərbçiləri terrorçu İŞİD qruplaşmasının onlara qarşı kimyəvi başlıqlı raket istifadə etdiyini bildiriblər.

1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, zərbə bir-neçə yüz amerikalı hərbçinin yerləşdiyi Kayara Vest bazasına endirilib.

Baza kimyəvi silahdan müdafiə vasitələri ilə təmin olunub.

Bu İraqda döyüşən koalisiya qüvvələrinə qarşı istifadə edilən ilk kimyəvi zərbədir.

Hərbçilərə qarşı istifadə olunan raketin başlığı təhlükəli iprit qazı daşıyıb.

1news.az

 

Paylaş:
772

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər