Suriyalı alimlərin 16 yaşlı oğlu Almaniyada partlayış törətmək istəyib
Almaniyanın Köln şəhərində yerli polis əməkdaşları partlayış törətməyi planlaşdıran 16 yaşlı suriyalı qaçqını saxlayıblar.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumatına əsasən, suriyalı gənc İŞİD-in göstərişlərini yerinə yetirir və cihadçı çat vasitəsi ilə bomba hazırlamaq üçün lazım olan insturksiyalar alırdı.
Polis tutlan şəxsdə bomba hazırlamaq üçün lazım olan materialların tapılmadığını deyib.
Lakin prokurorluq gənc oğlanın smartfonunda olan məlumatın “onun İŞİD-ə işləməsini sübut edir” deyə, bildirib.
İstintaq 35 müstəntiq cəlb olunub.
Qeyd edək ki, polis bu haqda məlumatı digər qaçqınlardan alıb.
Onların sözlərinə görə, gənc oğlan son aylarda sürətlə radikallaşmağa başlayıb.
Qeyd edək ki, tutulan şəxsin valideynləri vətəndaş müharibəsindən Avropaya qaçan elm işçiləridir.
1news.az