Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib

14:29 - 23 / 09 / 2016
Cəlilabadın Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib

Sentyabrın 23-də Cəlilabad rayonunun Maşlıq kəndinə ilk dəfə təbii qaz verilib.

1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 858 abonenti olan Maşlıq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29321 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

1news.az

Paylaş:
857

Son xəbərlər

Bütün xəbərlər