Əbu-Dabidə azərbaycanlı uşaqlar üçün məktəb açılıb | 1news.az | Xəbərlər
Dünya

Əbu-Dabidə azərbaycanlı uşaqlar üçün məktəb açılıb

21:18 - 23 / 09 / 2016
Əbu-Dabidə azərbaycanlı uşaqlar üçün məktəb açılıb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin nəzdində məktəbəqədər və azyaşlı azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, məktəb ev sahibi olan ölkədə xalqımızın milli dil, tarix, mədəniyyət və adət-ənənələrini qorumaq, eləcə də gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyələndirilməsi üçün Əbu-Dabi şəhərindəki Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil edilib.

Bazar günü məktəbinin açılış mərasimində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən və ana dilinin qorumasına yönələn məqsədyönlü siyasət haqqında danışarkən, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamını xatırladıb.

Məktəbin təşkilatçısı olan səfirin xanımı Ülviyyə Şikarova bildirib ki, Əbu-Dabidə bazar günü məktəbinin yaradılması bu ölkədə yaşayan və çalışan həmvətənlərimiz üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, onlar uşaqlarını milli mədəniyyət, dil, adət-ənənələrə cəlb etmək istəyirlər. Ü.Şikarova deyib:

“Diplomatların xanımları və diasporumuzun fəalları ilə birgə proqram hazırladıq və dərslərin prioritet mövzularını müəyyən etdik. Məşğələlərin formatı tam sərbəst və qeyri-rəsmi olacaq. Tədris oyun şəklində qurulacaq ki, ölkənin qədim və müasir tarixi, mədəniyyəti, coğrafiyası haqqında biliklər əldə etmək uşaqlar üçün maraqlı olsun. Uşaqlar Azərbaycanın xəritəsini öyrənəcək, mühüm tarixlər və dövrlər haqqında məlumat alacaqlar. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi, prioritetləri Azərbaycan dili və mədəniyyətinin qorunması və təbliği, eləcə də ölkəmizin qədim tarixi və milli ənənələrinin müxtəlif aspektlərinin tədqiqi olan Heydər Əliyev Fondunun fəaliyyətinin öyrənilməsinə böyük diqqət yetiriləcək”.

Ü.Şikarova bildirib ki, ilk dərsin xalqımızın rifahı, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevə həsr olunması təsadüfi deyil:

“Bu gün Azərbaycan öz inkişaf modeli ilə haqlı olaraq dünyada nüfuzlu demokratik dövlət və regionun şəksiz lideri sayılır. Məşğələlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmiz üçün mühüm olan digər məsələlərə də xüsusi yer veriləcək”, - deyə Ülviyyə Şikarova bildirib.

 

Qeyd edək ki, səfirliyinin nəzdində “Qarabağ inciləri” adlı rəqs dərnəyi də təşkil olunub.

1news.az

Paylaş:
661

Son xəbərlər

Qarabağ və Kəlbəcərdə bəbir müşahidə olunubBu gün, 15:38Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 15:33Zakir Həsənov Belarusda keçirilən tədbirlərdə iştirak edib - FOTOBu gün, 15:32“Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi olduBu gün, 15:21“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” baş tutubBu gün, 15:14Bakı metrosundan istifadə edən sərnişinlərin sayı artıbBu gün, 15:01Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü başlayıbBu gün, 14:58Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - YENİLƏNİBBu gün, 14:57Ölkə ərazisindən külli miqdarda narkotikin tranzit yolla keçirilməsinin qarşısı alındıBu gün, 14:39Özəl uşaq bağçasının direktoru həbs edilibBu gün, 14:25Sədr: Ölkə ərazisinin bəzi sürüşmə bölgələrində aktivlik müşahidə olunurBu gün, 14:22Azərbaycan XİN Belarusu təbrik edibBu gün, 14:09Muxtar Babayev konqolu nazirlə görüşübBu gün, 13:25YAP-ın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrinin adları açıqlandı - SİYAHIBu gün, 13:15Bu gün Leyla Əliyevanın doğum günüdür – FOTOBu gün, 13:04Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilibBu gün, 13:02Sabah 36 dərəcə isti olacaq - ProqnozBu gün, 12:48Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb - VİDEOBu gün, 12:29ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!Bu gün, 12:213 iyul “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”dürBu gün, 12:12
Bütün xəbərlər