Çində dünyanın ən hündür dağ tuneli tikilib
Çinin Tzinxay əyalətində dəniz səviyyəsindən 4,4 kilometr hündürlükdə avtomobil tuneli tikilib. Bu, dünyanın ən hündür dağ tuneli sayılır.
1news.az Azərtac-a istinadla xəbər verir ki, yüksək dağlıq ərazidə yerləşən tuneldə işlər sentyabrın 24-də tamamlanıb.
Tunelin salındığı ərazidə orta hündürlük 4400 metrdir. Maksimal nöqtə isə dəniz səviyyəsindən 4800 metr yüksəklikdə yerləşir.
Tikintisi 2013-cü ildən aparılan tunel Qoloq-Tibet muxtar rayonunda 419 kilometrlik dağ yolunun bir hissəsidir. Yolun 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
1news.az
1135