Moskva marafonu: 70 ölkədən 30 min iştirakçı
Bu gün ənənəvi Moskva marafonunda dünyanın 70 ölkəsindən 30 mindən çox insan iştirak edir.
1news.az Azərtac-a istinadən xəbər verir ki, marafon iştirakçıları arasında təkcə peşəkarlar deyil, yeni idmançılar da var.
Ötən ilə nisbətən iştirakçıların sayı 10 min nəfər artıb.
İki il əvvəl 42 kilometr məsafəni 2 saat 17 dəqiqəyə qaçan keniyalı idmançı Moskva marafonunun rekordunu müəyyənləşdirmişdi.
1news.az
1683