Hələbdə son döyüşlərdə 213 dinc sakin ölüb | 1news.az | Xəbərlər
Dünya

Hələbdə son döyüşlərdə 213 dinc sakin ölüb

20:48 - 25 / 09 / 2016
Hələbdə son döyüşlərdə 213 dinc sakin ölüb

Son günlər Suriyanın Hələb əyalətində baş verən döyüşlər nəticəsində 200-dən çox insan həlak olub.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu BMT  baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib.

Onun sözlərinə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var:

“Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki olaraq blokada şəraitində yaşayır”, - deyə S.de Mistura qeyd edib.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər