“Günəşli” yatağında baş verən yanğın söndürülüb – YENİLƏNİB | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağında baş verən yanğın söndürülüb – YENİLƏNİB

10:26 - 27 / 09 / 2016
“Günəşli” yatağında baş verən yanğın söndürülüb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR  “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıblar.

1news.az FHN-ə istinadən xəbər verir ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.

20:59

“Günəşli'” yatağının 19-cu özülündə 71 nömrəli quyuda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

Bu barədə 1news.az-a SOCAR-dan bildirilib.

“Günəşli'' yatağının 19-cu özülündə 71 nömrəli quyuda  görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq fontan yanğına keçib. Bütün işçilər özüldən təxliyə olunub. Xəsarət alan olmayıb.

Açıq fontanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir.

1news.az  

 16.10

Xəbər verdiyimiz ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.

1news.az SOCAR-a istinadən xəbər verir ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.

Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.

Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir. Ehtiyac olarsa, əlavə gəmilər də göndəriləcək.

1news.az

 

Paylaş:
879

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər