FHN və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

FHN və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb

22:20 - 26 / 09 / 2016
FHN və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR “Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb.

1news.az-a SOCAR-a istinadla verilən xəbərə görə, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  “Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
1023

Son xəbərlər

Bütün xəbərlər