Bağdadda partlayışlar baş verib: 17 nəfər həlak olub
Bağdadın şiələr çoxluq təşkil etdiyi rayonlarda baş verən 3 partlayış 17 insanın həyatına son qoyub. 50-dən çoxunu isə yaralayıb.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumatına əsasən, kamikadze-terrorçu Bağdadın əl-Cədidə küçəsində özünü partladaraq 9 nəfəri öldürüb, 30-dan çoxunu isə yaralayıb.
İraqın paytaxtının Bayaa küçəsində həyata keçirilən daha bir bombalı suiqəsd nəticəsində 6 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.
Mal-qara bazarının yerləşdiyi al-Ravadaniya küçəsinin qırağında qoyulmuş bombanın partladılması nəticəsində isə 2 nəfər həyatını itirib.
Al-Cədidə küçəsində həyata keçirilən partlayışı öz üzərinə İŞİD terrorçu qruplaşması götürüb, lakin qalan 2 partlayışın kim tərəfindən planlaşdırıldığı haqda xəbər yoxdur.
1news.az