AZAL Miles proqramının “Gold” və “Platinum” statuslu iştirakçıları əlavə üstünlüklər əldə ediblər
Artıq AZAL Miles bonus proqramının “Gold” və ya “Platinum” statuslu bütün iştirakçıları ailəsinin iki üzvü - bir böyük və 16 yaşına çatmayan uşaqla birgə “Business Class Lounge” gözləmə zallarından istifadə edə biləcəklər.
1news.az-ın məlumatına görə, bunun üçün əvvəlki kimi iştirakçı kartını, həmçinin minik talonunu təqdim etmək lazımdır.
Bu qayda Azərbaycanın hava limanlarında “Azərbaycan Hava Yolları”nın bütün beynəlxalq reyslərinə şamil edilir.
Qeyd edək ki, bundan öncə “Business Class Lounge” gözləmə zallarına girişdən bilavasitə yalnız Gold/Platinum kartının sahibinin özü yararlana bilərdi.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: https://www.azal.az/az/azal-miles/miles-programme. Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər:
http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
1news.az