Berlində polis bıçaqla hücüm edən qaçqını öldürüb
29 yaşlı qaçqın, qızının cinsi işgəncəyə məruz qalması iddiaları ətrafında Berlin sığınacaq mərkəzində baş vermiş davadan sonra Almaniya polisi tərəfindən güllələnərək öldürülüb.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, polis Moabit ərazisindəki sığınacağa qızın yaxınlıqda yerləşən parkda cinsi zorakılığa məruz qalıdığı məlumatı aldıqdan sonra gəlmişdi.
Qızın atası əlləri qandallı polis maşınında əyləşmiş 27 yaşlı şübhəli şəxsə bıçaqla hücüm edib.
Şahidlərin sözlərinə görə o, "sən bundan sağ çıxmayacaqsan" qışqırdı.
Polis İraq əsilli kişiyə atəş açaraq onu yaraladı və o daha sonra xəstəxanada vəfat etdi.
Qaçqının altı yaşlı qızı xəsarət almayıb və ona xüsusi yardım göstərilir.
Polis artıq cinsi zorakılıq iddiasını araşdırmağa başlayıb. Polis tərəfindən təsdiqlənməyən yerli məlumatlara görə, şübhəli şəxs pakistanlıdır.
Şübhəlinin nəyə görə ayaqlarından güllələnmədiyi barədə suallara cavabında Berlin polis ittifaqının sözçüsü Bodo Pfalzgraf polisin başqa əlacı olmadığını deyib.
"Zabitlər insanların qanunu öz əllərinə götürməyə cəhdlərini dayandırmalı və öz həyatları üçün təhlükəli hala son qoymalı idilər", o əlavə edib.
Berlinin polis cinayət bölməsi bu hadisədə polisin hərəkətlərini araşdırır.
1news.az