Hələbdə ötən həftə ərzində 100-ə yaxın uşaq ölüb | 1news.az | Xəbərlər
Dünya

Hələbdə ötən həftə ərzində 100-ə yaxın uşaq ölüb

14:41 - 30 / 09 / 2016
Hələbdə ötən həftə ərzində 100-ə yaxın uşaq ölüb

Sentyabrın 23-dən 29-dək Hələbin şərqində ən azı 96 uşaq həlak olub, 220-dən çoxu yaralanıb.

1news.az-ın verdiyi məlumata əsasəb, bu haqda UNİCEF təşkilatı bildirib.

Yerli həkimlərin sözlərinə görə, uşaqlar aldıqları xəsarətlərdən ölürlər, çünki onlara vaxtında tibbi yardım göstərmək imkanı yoxdur.

Məlumatlara əsasən, hal-hazırda şəhərin şərqində 30 yaxın həkim qalıb, lakin təcili yardım üçün zəruri avadanlıq çatışmır.

Qeyd edk ki, sentyabrın 27-i Əsədin ordusu Hələbin müxaliflərin əlində olan rayonlarına hücuma keçib.

Atəşkəs rejimi pozulduqdan bu yana artıq 350 nəfər insan Suriya və Rusiyanın həyata keçirdiyi hava zərbələri nəticəsində həyatlarını itirib.

1news.az

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər