Avropa Komissiyasından Ermənistana xəbərdarlıq: “İrqçi və nifrət tərkibli çıxışları aradan qaldırın”
Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası İngiltərə və Ermənistanla bağlı hesabat hazırlayıb.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda bu ölkələrdə irqçiliyin, nifrətin, əcnəbilərə və qaçqınlara qarşı təhqiredici hərəkətlərin artdığı qeyd edilib.
Bildirilib ki, Ermənistanda bu tip hadisələrlə mübarizədə ciddi qanuni boşluqlar var. Komissiya Ermənistan hakimiyyətinə ölkədəki irqçiliyin və nifrət tərkibli çıxışların aradan qaldırılması üçün xəbərdarlıq edib.
Hesabatda o da vurğulanıb ki, 2011-ci ildən bu günə qədər Ermənistanda irqçiliklə bağlı cəmi 3 hadisəyə hüquqi baxımdan qiymət verilib və cəmi 1 nəfər cəzalandırılıb. İrqçilik və dözümsüzlüklə bağlı digər hadisələrin araşdırılması isə aparılmayıb.
Fərid Ədalət