İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər yaralanıb

18:17 - 06 / 10 / 2016
İstanbulda baş vermiş partlayış nəticəsində 5 nəfər yaralanıb

İstanbulda yerləşən Atatürk hava limanı yaxınlığında partlayış 5 nəfəri yaralayıb.

1news.az-ın Anadolu Ajansa istinadən verdiyi məlumatına əsasən, bu haqda İstanbul şəhərinin meri Vasip Şahin bildirib.

“Motosikletə doldurulmuş partlayıcı maddənin partladılması nəticəsində, ilkin məlumatlara əsasən, 5 vətəndaşımız yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır”, - deyə V.Şahin öz Tvitter hesabında yazıb.

Hal-hazırda polis qüvvələri hadisə yerini araşdırırlar.

Yaralı insanlar isə təcili tibbi maşınlarla xəstəxanalara çatdırılıblar.

Xəbərlə əlaqədar oxuyun: İstanbulda baş vermiş partlayışın səbəbi açıqlanıb – FOTO – VİDEO – YENİLƏNİB

1news.az

Paylaş:
827

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər