Göyçay şəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Göyçay şəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılıb – FOTO

17:29 - 07 / 10 / 2016
Göyçay şəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılıb – FOTO

Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın sonuncu mərhələsi çərçivəsində Göyçay şəhəri üçün tullantı sutəmizliyici qurğunun tikintisinə başlanılıb.

1news.az-ın məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə  həyata keçirilən layihəyə uyğun olaraq Göyçay rayonunun Şəhadət kəndi yaxınlığında məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilir. Qurğu 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 45 min  sakinə xidmət göstərməklə ekoloji tarazlığın qorunmasına töhfə verəcək.

Layihəyə əsasən qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu  və yağ ayırıcı kameralar,  bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması  üçün çənlər,  nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya  və digər sistemlər quraşdırılacaq. Tullantı  sutəmizləyici qurğu kompleksində inzibatı bina, kompressor, transformator, lilsıxlaşdırma binaları, SCADA  otağı və digər yardımçı binaların  yaradılması da nəzərdə tutulur. 

Qeyd edək ki, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın əvvəlki mərhələlərində Göyçay şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılıb.  Şəhərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 7 subartezian quyusu qazılıb, ümumi tutumu 7000 kubmetr olan 5 ədəd su anbarı tikilib.

Eyni zamanda Göyçay şəhərində 147 km içməli su şəbəkəsi inşa edilib, 9761 ünvana birləşmə verilərək sayğaclaşma işləri aparılıb. Görülmüş işlər nəticəsində şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunub. Layihə çərçivəsində şəhərdə 123 km kanalizasiya şəbəkəsi yaradılıb və ünvanlara birləşmələr verilib.

1news.az

Paylaş:
769

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər