“Metyu” qasırğası qurbanlarının sayı 339 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

“Metyu” qasırğası qurbanlarının sayı 339 nəfərə çatıb

10:29 - 07 / 10 / 2016
“Metyu” qasırğası qurbanlarının sayı 339  nəfərə çatıb

Haitinin Cənub departamentində “Metyu” qasırğası qurbanlarının sayı 339 nəfərə çatıb.

Haitili rəsmilər sürəti saatda 233 kilometrə çatan qasırğada həlak olanların sayının getdikcə daha da artacağını söyləyirlər. “Metyu” qasırğasının ölkədə 2010-ci ildəki zəlzələdən sonra baş verən ən böyük fəlakət olduğu bildirilir.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri isə qasırğanın infrastruktur, kənd təsərrüfatı və evlərdə ağır həsadlara yol açdığını, təxminən 350 min insanın bu təbii fəlakətdən zərərə çəkdiyini qeyd ediblər.

“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir. ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.

RİA Novosti

Paylaş:
662

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər