ASAN xidmət mərkəzlərində qazla bağlı 6549 müraciət öz həllini tapıb
Cari ilin sentyabr ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 6549 müraciət daxil olub.
1news.az-ın verdiyi xəbərə görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”- deyə, “Azəriqaz” İB-dən bildiriblər.
1news.az