Macarıstan səfirliyi Azərbaycanda NATO-nun əlaqələndiricisi olacaq | 1news.az | Xəbərlər
Siyasət

Macarıstan səfirliyi Azərbaycanda NATO-nun əlaqələndiricisi olacaq

17:01 - 11 / 10 / 2016
Macarıstan səfirliyi Azərbaycanda NATO-nun əlaqələndiricisi olacaq

Gələn ildən etibarən rotasiya əsasında Macarıstan səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyalarını yerinə yetirəcək.

1news.az-ın Report.az-a istinadən verdiyi məlumatına əsasən, Rumıniya isə öz növbəsində bu ilin dekabr ayında öz əlaqələndirici-səfirlik missiyasını bitirəcək.

Qeyd edək ki, 2009-cu ildən bu yana Rumıniyanın Bakıdakı səfirliyi 4 dəfə NATO-nun Azərbaycanda əlaqə səfirliyi səlahiyyətlərini yerinə yetirmək mandatı alıb.

1news.az

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər