Azərbaycanla Lixtenşteyn arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Lixtenşteyn arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub – FOTO

20:48 - 11 / 10 / 2016
Azərbaycanla Lixtenşteyn arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub – FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb.

1news.az-ın məlumatına görə, T.Tsvayfelhofer nazir E.Məmmədyarovun Lixtenşteyn Knyazlığına rəsmi səfərini Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib. O, ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Görüş zamanı nazir E.Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verərək, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini ifadə edib.

Nazir iqtisadi əməkdaşlıq məsələlərinə də toxunaraq bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb. E.Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda reallaşan Şərq-Qərb, Şimal-Cənub, Bakı-Tbilisi-Qars dəmiryolu kimi iri infrastruktur və nəqliyyat layihələri haqqında həmsöhbətinə geniş məlumat verib. O, Lixtenşteynin Avropanın ən sənayeləşmiş ölkələrindən biri olduğunu qeyd edərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda da fəal olmağa və sözügedən layihələrdə iştiraka dəvət edib.

Görüşdə tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Lixtenşteyn arasında ikiqatvergi tutulmasının aradan qaldırılması, sərmayələrin qorunmasına dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələlərinə də toxunublar.

T.Tsvayfelhofer iki ölkənin ticarət palataları arasında ilkin təmasların yaradılması və biznes nümayəndə heyətlətinin qarşılıqlı səfərlərinin təşkil olunması fikrini dəstəklədiyini bildirib. O, Azərbaycanda “Hilti” şirkətinin uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizin biznes mühitindən razılığını ifadə edib.

Görüşdə həmçinin TAP və TANAP layihələri, iqtisadi-ticarət sahəsində əməkdaşlığın digər aspektlərinə dair fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
683

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər