Lixtenşteyndə Azərbaycan mədəniyyət günləri keçiriləcək – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Lixtenşteyndə Azərbaycan mədəniyyət günləri keçiriləcək – FOTO

21:24 - 11 / 10 / 2016
Lixtenşteyndə Azərbaycan mədəniyyət günləri keçiriləcək – FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, təhsil və mədəniyyət naziri xanım Aurelia Frik ilə görüşüb.

1news.az-ın məlumatına görə, A.Frik nazir E.Məmmədyarovun Lixtenşteynə ilk rəsmi səfərinin ölkələrimiz arasında siyasi dialoqun inkişafına və ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir E.Məmmədyarov Azərbaycanın Lixtenşteynlə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, ölkələrimiz arasında iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafı üçün əlverişli imkanların mövcud olduğunu bildirib. Bu xüsusda, Lixtenşteyndə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, ölkəmizin turizm potensialının bu ölkədə təşviq edilməsi ilə bağlı razılıq əldə olunub.

Nazir E.Məmmədyarov Azərbaycanda aparılan köklü iqtisadi islahatlara dair məlumat verərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda daha fəal olmağa və ölkəmizdə xarici sərmayə üçün yaradılmış cəlbedici imkanlardan faydalanmağa çağırıb.

O, Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı həmkarına ətraflı məlumat verdi və münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdırıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri də müzakirə etdilər və beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüş əsnasında E.Məmmədyarov Azərbaycan Respublikasının İsveçrə və Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişləri imzalamasına dair notanı həmkarına təqdim edib.

A.Frik öz növbəsində Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında imzalanmış sazişin müddəalarının Lixtenşeyn tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq ediləcəyini ehtiva edən notanı təqdim edib.

1news.az

 

Paylaş:
518

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər