Elçin Quliyev Beyləqan və Füzuli sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Quliyev Beyləqan və Füzuli sakinləri ilə görüşəcək

22:17 - 11 / 10 / 2016
Elçin Quliyev Beyləqan və Füzuli sakinləri ilə görüşəcək

Oktyabr ayının 27-də saat 10:00-da Horadiz Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tərəfindən Beyləqan və Füzuli rayon sakinlərinin qəbulu keçiri­ləcək­.

1news.az-ın məlumatına görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları oktyabr ayının 25-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-29 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

1news.az

 

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər