Azərbaycan səfiri etimadnaməsini Almaniya prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri etimadnaməsini Almaniya prezidentinə təqdim edib

22:39 - 11 / 10 / 2016
Azərbaycan səfiri etimadnaməsini Almaniya prezidentinə təqdim edib

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Almaniya Prezidenti Yoaxim Qauka etimadnaməsini təqdim edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 11 oktyabr 2016-cı ildə AFR Prezidenti Yoaxim Qauka etimadnaməsini təqdim etmək üçün Prezident sarayında bununla əlaqədar təşkil edilmiş mərasimdə iştirak edib.

Xüsusi mərasim çərçivəsində səfir Ramin Həsənov etimadnaməsini Almaniyanın dövlət başçısına təqdim etdikdən sonra Federal Prezident tərəfindən səfirlərlə görüş üçün ayrılmış xüsusi otağa dəvət olunub.

Federal Prezident rəsmi görüş zamanı səfiri salamlayaraq, onu Almaniyaya səfir təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ramin Həsənov qəbula görə Federal Prezident Yoaxim Qauka təşəkkürünü bildirib. O, ilk olaraq, Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını, Almaniya Federativ Respublikasına və onun xalqına rifah, tərəqqi arzularını dövlət rəhbərinə çatdırıb.

Federal Prezident Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Federal Prezident Azərbaycanla münasibətlərin mövcud durumundan razılığını ifadə edərək Almaniyanın regionda sabit tərəfdaşlara ehtiyacı olduğunu bildirib.

Səfir Azərbaycan və Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu məmnuniyyətlə diqqətə çatdırararaq, son il ərzində baş tutmuş qarşılıqlı səfərləri qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək, Ermənistanın ərazilərimizi işğal etməsindən və işğal nəticəsində yaranmış qaçqınlar, eləcə də məcburi köçkünlər problemindən bəhs edib. ATƏT-in sədri qismində Almaniyanın fəaliyyətinə toxunub. Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan Respublikası-Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.

1news.az

 

 

Paylaş:
628

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər