Qubanın Qımılqazma kəndində yeni su anbarları istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubanın Qımılqazma kəndində yeni su anbarları istifadəyə verilib

23:13 - 11 / 10 / 2016
Qubanın Qımılqazma kəndində yeni su anbarları istifadəyə verilib

Oktyabrın 11-də Qubanın Qımılqazma kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi layihə əsasında inşa olunan yeni su anbarları istifadəyə verilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində kəndin iki müxtəlif hissəsində 15 və 35 tonluq iki su anbarları inşa olunub. Bununla yanaşı, 500 nəfərə yaxın əhalinin yaşadığı 130-dan çox evə ilk dəfə su xətləri çəkilib. Yeni çəkilən su xətlərindən Qımılqazma ilə yanaşı, Küsnətqazma və Qəçrəş kənd sakinləri də istifadə edə biləcək. Tikilən anbarlar əsasən içməli, qismən də suvarma suyuna olan tələbatı ödəyəcək.

Layihələrin icrası kəndlərdəki yerli icmaların USAİD tərəfindən maliyyələşən Azərbaycanda Sosial-İqtisadi İnkişaf (SEDA) təşkilatı ilə qarşılıqlı əməkdaşlığı nəticəsində mümkün olub. Anbarlar və su xətlərinin tikintisinə 26 min manat vəsait xərclənib.

USAİD-in Azərbaycan nümayəndəliyinin missiya direktoru Mikaela Meredit həyata keçirilən layihənin Qımılqazma kənd sakinləri üçün böyük önəm daşıdığını bildirib.

Layihənin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Açılış mərasimindən sonra iştirakçılar görülən işlərlə tanış olublar.

1news.az

 

Paylaş:
480

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər