Müdafiə naziri cəbhə bölgəsində artilleriyaçıların döyüş hazırlığını yoxlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri cəbhə bölgəsində artilleriyaçıların döyüş hazırlığını yoxlayıb – FOTO

12:00 - 11 / 10 / 2016
Müdafiə naziri cəbhə bölgəsində artilleriyaçıların döyüş hazırlığını yoxlayıb – FOTO

Cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.

1news.az-ın məlumatına görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar.

Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

1news.az

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər