Vladimir Putin Ermənistana gedir | 1news.az | Xəbərlər
Siyasət

Vladimir Putin Ermənistana gedir

17:13 - 12 / 10 / 2016
Vladimir Putin Ermənistana gedir

Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) iclasında iştirak etmək üçün Ermənistan paytaxtına baş çəkəcək, Kremlin mətbuat xidməti bildirir.

1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, "beynəlxalq terrorizmə qarşı mübarizə üzrə tədbirlərə xüsusi diqqət yetiriləcək".

KTMT üzvü olan dövlət başçıları beynəlxalq vəziyyət və kollektiv təhlükəsizliyin təmin olunması məsələsi müzakirə edəcək, KTMT-nin 2015-ci ilədək dövrdə kollektiv təhlükəsizlik strategiyası və Təşkilatın təkmilləşdirilməsi məsələləri nəzərdən keçirəcək.

Yerevan sessiyası əsnasında KTMT sədrliyi Ermənistandan Belarusa ötürüləcək.

KTMT 1992-ci ildə yaradılıb və hazırda 6 üzvü vardır: Belarus, Qazaxıstan, Qırğizıstan, Ermənistan, Rusiya və Tacikistan.

1news.az

Paylaş:
626

Son xəbərlər

Bütün xəbərlər